ABŞ və Rusiya Suriya üçün “bayram atəşkəsi” elan etdilər

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya Suriyada qarşıdurmaların dayandırılması məqsədilə ölkə daxilində atəşkəsin 12 sentyabrdan - Qurban Bayramı ilə başlaması mövzusunda razılığa gəliblər

568770
ABŞ və Rusiya Suriya üçün “bayram atəşkəsi” elan etdilər

  ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində Suriya böhranıyla bağlı görüşdükdən sonra mətbuat konfransında çıxış ediblər.

  Suriyada şiddətin azaldılması, ağrıların yüngülləşdirilməsi, sülh və siyasi keçid prosesində işlərin davam etdirilməsi və qarşıdurmaların dayandırılması məqsədilə razılığa gəldiklərini söyləyən Kerri deyib: "Suriyada ölkə daxilində atəşkəs 12 sentyabrdan - Qurban Bayramından başlayacaq. Atəşkəsin icrasının Suriya üçün dönüş nöqtəsi olacağına inanırıq".

  Hər iki ölkənin Xarici İşlər nazirləri terror təşkilatları DAEŞ və Əl Nusra ilə mübarizədə ABŞ-Rusiya-Suriya hava qüvvələrinin birgə hərbi koordinasiya şəraitində çalışacaqlarını bildiriblər. Lavrov deyib: “Hücumların ediləcəyi yerlərin koordinatları ilə bağlı belə razılığa gəldik. Rusiya-ABŞ razılaşma sənədindəki əsas məsələ Suriyaya humanitar yardımların çatdırılmasıdır. Bu baxımdan, xüsusilə, Haləbin şərqi və qərbinə yardım aparılması Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsiylə iş birliyi içində olacaq.”

  Qeyd edək ki, Suriyada “bayram atəşkəsi” bir həftəlik elan olunub.  

 



Әlaqәli Xәbәrlәr