Terror təşkilatı DEAŞ-ın Türkiyənin sərhədləri ilə təması kəsildi

Suriyanın Türkiyə ilə sərhəd əraziləri terrorçulardan tamamilə təmizləndi.

565132
Terror təşkilatı DEAŞ-ın Türkiyənin sərhədləri ilə təması kəsildi

Suriyanın Türkiyə ilə sərhəd əraziləri terrorçulardan tamamilə təmizləndi.

“Fərat qalxanı” əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə terror təşkilatı DEAŞ-ın nəzarətindəki yaşayış məntəqələri istiqamətində irəliləyən Azad Suriya Ordusu Azəz-Cerablus xəttini birləşdirib.

Beləliklə Türkiyə-Suriya sərhədində terrorçulardan təmizlənmiş bir məntəqə yaranıb.

Əməliyyatın 12-ci günündə 600 km-lik sahəyə yaxın ərazi terror təşkilatı DEAŞ-ın əlindən xilas edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatını avqustun 24-də başlayıb, Cerablus bölgəsinə Türkiyə ordusunun tank birlikləri daxil olub. Həmin gün Türkiyə ordusunun dəstəyi ilə Cerablus şəhəri DEAŞ terror təşkilatından azad edilib. Dünən isə Çobanbəy qəsəbəsi istiqamətində Türkiyə ordusunun tankları Suriyaya daxil olub, “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi başlayıb. Məqsəd Cerablus və Çobanbəy istiqamətində DEAŞ-ı sıxışdıraraq Türkiyə sərhədlərində DEAŞ terror təşkilatının nəzarətindəki son yaşayış məntəqələrini azad etmək olub. 12 gündə cəmi 20 DEAŞ hədəfi, artilleriya və 52 raketvuran  mərmiləri ilə vurulub. Həmçinin 11 mina və 325 əl istehsalı olan partlayıcı da məhv edilib.

Azad Suriya Ordusunun əsgərləri zəfərlərini havaya atəş açaraq qeyd ediblər.

Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı”  əməliyyatının başladığı gündən bəridir dinc vətəndaşların  zərər görməməsi üçün də bütün tədbirləri görür.

Bu arada davam edən toqquşmalarda yaralanan Azad Suriya Ordusu əsgərləri Öncüpınar sərhəd məntəqəsinə gətirilir. Toqquşmalarda yaralanan 16 Azad Suriya Ordusu əsgəri Türkiyənin Kilis şəhərindəki xəstənalarda müalicə olunur. Yaralılardan biri həyatını itirib.



Әlaqәli Xәbәrlәr