Daha 7 kənd DEAŞ-dan təmizlənib

"Fərat Qalxanı" əməliyyatı çərçivəsində daha 7 kənd DEAŞ-dan  təmizlənib.

565819
Daha 7 kənd DEAŞ-dan təmizlənib

Beynəlxalq koalisiya qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu tərəfindən həyata keçirilən "Fərat Qalxanı" əməliyyatı çərçivəsində daha 7 kənd DEAŞ-dan  təmizlənib.

Baş Qərargah Rəisliyi tərəfindən verilən açıqlamada koalisiya qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu tərəfindən reallaşdırılan "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha 7 kəndin DEAŞ'-dan təmizləndiyi bildirilib.

Açıqlamada əməliyyatın 13-cü günündə hərəkat bölgəsində terrorçulara aid olduğu aşkrarlanan 9 hədəfin artilleriya ilə 99 dəfə tam dəqiqliklə vurulduğu da qeyd edilib.



Әlaqәli Xәbәrlәr