Cerablus Azad Suriya Ordusunun nəzarətinə keçdi

Cerablus terror təşkilatı DEAŞ-dan təmizləndi.

558707
Cerablus Azad Suriya Ordusunun nəzarətinə keçdi

Türkiyə Silahlı Qüvvələrinin  Xüsusi Təyinatlı Birlikləri və Koalisiyanın Hərbi Hava Qüvvələri Suriyanın Cerablus bölgəsində terror təşkilatı DEAŞ-a qarşı başlanılan "Fərat Qalxan"ı əməliyyatında Azad Suriya Ordusu rayonunun nəzarətini əlinə keçirdi.
 
 Suriyanın Türkiyə ilə sərhədindəki Cerablus terror təşkilatı DEAŞ-dan təmizləndi, terrorçular cənuba doğru sıxışdırıldı.
 
 Əməliyyata Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altındakı DEAŞ əleyhinə koalisiya da hava bombardmanı ilə dəstək verdi.
 
ABŞ Müdafiə Nazirliyi DEAŞ-a qarşı başlanılan "Fərat Qalxanı" əməliyyatına hava hücumları təşkil edərək dəstək olduqlarını açıqladı.
 
 Əməliyyat zamanı Azad Suriya Ordusunun bir əsgəri  həlak oldu, bir çox DEAŞ terrorçusu  öldürüldü.
 
 "Reuters"ə müsahibə verən Əl Nusraya yaxın müxaliflər DEAŞ terrorçularının çoxunun Cerablustan qaçdığını, cənubdakı Əl Bab şəhərinə doğru çəkildiyklərini, bəzilərinin isə təslim olduğunu bildirdi.
 
 Azad olunmuş ərazidə DEAŞ terrorçularının yerləşdirdiyi bombalı tələlər məhv edilir.
 
 Bu arada, Türkiyə  istehsalı  pilotsuz uçuş aparatı Bayraqdar TB2-dən Cerablus əməliyyatında istifadə edildi.
 
  Birləşmiş Millətlər Təşkilatı da Türkiyə Silahlı Qüvvələrinin əməliyyatına dəstək verdi.
 
 Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stephane Dujarric "Fərat Qalxanı" əməliyyatına dair verdiyi açıqlamada Suriyada DEAŞ və digər terror təşkilatları ilə mübarizənin beynəlxalq ictimaiyyətin prioritet məsələsi olduğunu vurğuladı.
 
 Dujarric Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun DEAŞ-ın Türkiyəyə qarşı hücumlarını qınadığını da bildirdi.



Әlaqәli Xәbәrlәr