Sirtənin DEAŞ-dan alınması uğrunda döyüşlər davam edir

İyun ayında şəhərə girən Liviya Milli Birlik Hökumətinin tərəfdarı olan qüvvələr mərkəzdə DEAŞ-ın sərt müqaviməti ilə qarşılaşdılar.

555949
Sirtənin DEAŞ-dan alınması uğrunda döyüşlər davam edir

Liviyanın Sirtə şəhərini terror təşkilatı DEAŞ-dan təmizləmək uğrunda döyüşlər davam edir.

Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən Liviya Milli Birlik Hökumətinin tərəfdarı olan qüvvələr keçən may ayından etibarən  Sirtəni DEAŞ-ın əlindən xilas etməyə çalışır.

İyun ayında şəhərə girən birliklər mərkəzdə DEAŞ-ın sərt müqaviməti ilə qarşılaşdılar.

Bubi tələləri , snayper və canlı bomba hücumları üzündən şəhərin bəzi məhəllələrihələ də terrorçulardan təmizlənə bilinməyib.

Hökumət tərəfdarı olan qüvvələr arasında da etibarsızlıq var. General Haftara tabe olanı birliklər və Misratalı qüvvələri DEAŞ-ı mühasirəyə almağa meylli olmamaqda günahlandırılır.

DEAŞ terrorçularının əksəriyyəti Nigeriya  sərhədindəki düzənliyə doğru qaçırlar.

Hökumət tərəfdarı olan birliklər isə qaçış yolunu bağlamaq üçün bölgəyə hava hücumları təşkil edir.

Hökumət tərəfdarı olan qüvvələr Dərnə şəhərinin geri alınmasından sonra Sirtənin də DEAŞ-dan təmizlənməsinin terror təşkilatına ağır zərbə olacağına lakin, terrorçularındüzənlikdə yenidən təşkil olunaraq, yeni hücumlar edə biləcəyinə diqqət çəkir.

 

 



Әlaqәli Xәbәrlәr