İraqda silsilә partlayışlar törәdilib

İraqın paytaxtı Bağdadın müxtəlif nöqtələrində  hәyata keçirilәn  bombalı və silahlı hücumlar nәticәsindә biri polis  olmaqla  6 nəfər həyatını itirib, 20 nəfər  dә yaralanıb.

552537
İraqda silsilә partlayışlar törәdilib

İraq Daxili İşlәr Nazirliyindәn verilәn  mәlumata görә, Bağdadın  şimalında yerlәşәn  Әt-Tarimiyyә  qәsәbәsindә  namәlum snayper  tәrәfindәn  nәzarәt mәntәqәsinә  atәş açılıb. Hücum nәticәsindә  bir polis әmәkdaşı  hәyatını itirib, 2 polis yaralanıb.

Sәbul Bur bölgәsindәki  bir bazar yaxınlığında  baş verәn partlayışda  isә  2 nәfәr ölüb, 6 nәfәr dә yaralanıb.

 Bağdadın şimal-qәrbindә  yerlәşәn Әş-Şule  sәmtindәki  mağazaların qarşısına yerlәşdirilәn partlayıcı qurğunun partlaması nәticәsindә  2 nәfәr hәyatını itirib,  5 nәfәr dә  yaralanıb.

Bağdadın  cәnubunda yerlәşәn Әd-Dura  sәmtindә  tibb mәrkәzinin  yaxınlığında törәdilәn  bombalı hücum nәticәsindә isә 1 nәfәr hәyatını itirib,  7 nәfәr dә xәsarәt alıb.

Qeyd edәk ki, hücumlara görә  mәsuliyyәti hәlә ki, öz üzәrinә  götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr