Mosula avia hücum tǝşkil edilib

ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələrinǝ mǝxsus qırıcılar tǝrǝfindǝ terror təşkilatı DEAŞ-ın nǝzarǝtindǝ olan Mosul şəhərinə təşkil edilǝn avia hücum nǝticǝsindǝ 14 terrorist mǝhv olub.

552197
Mosula avia hücum tǝşkil edilib

Terror təşkilatına mǝnsub quldurları Mosulun şərq və şimalında yerlǝşǝn Ən-Nur, Əl-Hedba və Əl-Bǝlǝdiyat məhəllələrinə aparan bəzi avtomobillǝrin hǝdǝf götürüldüyü hava hücumunda, DEAŞ üzvlərinin Əl-Filiyye bölgəsindəki qərargahı olan bina və bir çox hǝdǝf dǝ bombalanıb.

Peşmerge qüvvǝlǝrinin dǝ iki gün ǝvvǝl Mosul düzənliyində başlatdıqları əməliyyat nǝticǝsindǝ, daha 3 kənd DEAŞ-dan tǝmizlǝnib. Beləcə təşkilatın nǝzarǝtindǝn xilas edilǝn kǝnd sayı 12-ə çatıb.

Beynəlxalq koalisiya qüvvǝlǝrǝ mǝnsub əsgərlər tǝrǝfindǝn hǝrbi texnikalarla dəstək tǝmin edilǝn əməliyyat çərçivəsində Peşmǝrgǝ qüvvǝlǝr Mosulun cənub-şərqindəki Hazır və Güver cəbhə xǝttindǝ 20 kilometrdən çox irəliləyib.

Qeyd edǝk ki, İraqın ikinci böyük şəhəri hesab edilǝn Mosul, 10 İyun 2014-dǝn bǝri terror təşkilatı DEAŞ-ın nǝzarǝtindǝ. İraq Müdafiə Nazirliyi, təxminən beş ay əvvəl şəhərin terroristlǝrdǝn xilas edilmǝsi üçün cənub istiqamǝtdǝn əməliyyat başlatmış vǝ bu ǝmǝliyyatlar çǝrçivǝsindǝ indiyǝ qədər Mosulun ǝtrafında yerlǝşǝn vǝ aralarında Əl-Kayyara Hava bazasının da olduğu geniş bir ǝraziyǝ nǝzarǝti ǝlǝ keçirib.

Şəhər mərkəzinə istiqamətli əməliyyatla əlaqədar hazırlıqların isə davam etdiyi bildirilir.

 



Әlaqәli Xәbәrlәr