Azərbaycan Prezidenti İlham Əliyev  Rusiya Federasiyasının müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

551812
Azərbaycan Prezidenti İlham Əliyev  Rusiya Federasiyasının müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə iki ölkə arasındakı əlaqələrin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib.

 Prezident İlham Əliyev vurğulayıb ki,  bu yaxınlarda Rusiyada keçirilən Beynəlxalq Ordu Oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar.

Azərbaycan Prezidenti Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini d əçatdırdı.

Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.



Әlaqәli Xәbәrlәr