300 ailə terrorçuların tələsinə düşdü

DAEŞ-ın nəzarətində olan Havicədə terrorçular təzyiq və zorakılıqdan usanaraq qaçmağa çalışan 300 ailənin qarşısını kəsib

546185
300 ailə terrorçuların tələsinə düşdü

  İraqın Kərkük şəhərinin Havicə rayonunda qaçmağa çalışan minlərlə vətəndaş terror təşkilatı DAEŞ-in tələsinə düşüb.

  DAEŞ-ın nəzarətində olan Havicədə terrorçular təzyiq və zorakılıqdan usanaraq qaçmağa çalışan 300 ailənin qarşısını kəsib. Terrorçuların açdığı atəş nəticəsində ölən və yaralananlar var. Saxlanılan minlərlə dinc sakin həbsxanaya göndərilib.

  Havicədə Ubey Tayfa rəhbəri Enver Asi deyib ki, "Əl-Aysalana kəndi yaxınlarında tələyə düşən vətəndaşların sayı təxminən 3 mindir. Hadisə zamanı 12 sakin həyatını itirib... DAEŞ-in saxladığı vətəndaşların aqibəti haqqında məlumat yoxdur, lakin onların həyatının təhlükədə olduğuna əminik".

  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının isə ötən gün verdiyi açıqlamasına görə, İraqda 3 minə yaxın insan terror təşkilatı DAEŞ tərəfindən əsir alınıb.

  Qeyd edək ki, DAEŞ 2014-cü ilin iyunundan etibarən Havicə aid olan 4 qəsəbə və 400 kəndə nəzarəti ələ keçirib. Bölgədəki humanitar böhran da getdikcə artmaqdadır. İnsanlar aclıq və səfalət çəkir. İnsanlıq faciəsinin yaşandığı bölgə çətinliklə dərman və içməli su ilə təmin edilir.

  Terrorçuların nəzarətindən əvvəl Havicədə sakinlərin əksəriyyəti sünni ərəblərdən ibarət 320 min əhaliyə sahib idi. Bu say isə qarşıdurmalarlardan sonra 100 minə düşüb.



Әlaqәli Xәbәrlәr