Rusiyalı turistlərin Türkiyəyə səfərində böyük artım var

Rusiyanın Turizm Şirkətləri Birliyi (ATOR) açıqlayıb ki, son hadisələrə baxmayaraq ölkədən Türkiyəyə səyahətdə böyük artım müşahidə olunur.

542250
Rusiyalı turistlərin Türkiyəyə səfərində böyük artım var

Rusiyanın Turizm Şirkətləri Birliyi (ATOR) açıqlayıb ki, son hadisələrə baxmayaraq ölkədən Türkiyəyə səyahətdə böyük artım müşahidə olunur.

Birliyin rəsmi internet saytından yer alan açıqlamada qeyd olunur ki, rusiyalı turistlər daha çox Antaliya, Bodrum və Dalamana üstünlük verirlər.

Xatırladaq ki, ötən həftə Rusiya Mülki Aviasiya Şirkəti Türkiyə istiqamətində uçuşlara tətbiq olunan məhdudlaşmanın aradan qaldırıldığını açıqlamışdı. Digər tərəfdən isə Türkiyəyə çarter tipli uçuşlara qoyulan məhdudiyyət hələ də qüvvədədir. Məsələnin dövlət başçıları, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun 9-da St. Peterburqda reallaşacaq görüşündə müzakirə ediləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr