Kərkükdə intihar hücumundan sonra alov səngimir

Məlumata görə, İraqın Kərkük şəhərində Həsən neft quyusu və Cıvan qazdoldurma stansiyasına sızan 5 DAEŞ intiharçısı üzərilərindəki bombaları partladıb

541814
Kərkükdə intihar hücumundan sonra alov səngimir

  Terror təşkilatı DAEŞ-in İraqın Kərkük şəhərində neft quyusu və qazdoldurma stansiyasına etdiyi intihar hücumu nəticəsində 9 adam həyatını itirib.

  Məlumata görə, İraqın Kərkük şəhərində Həsən neft quyusu və Cıvan qazdoldurma stansiyasına sızan 5 DAEŞ intiharçısı üzərilərindəki bombaları partladıb.

  Terrorçular özlərini partlatmazdan əvvəl 4 işçini öldürmüş və yerə bomba döşəmişlər.

  Neft quyusundakı partlayışdan sonra çıxan böyük yanğın bu saata qədər hələ də söndürülməkdədir.

  Kərkük şəhər mərkəzinin təxminən 20 kilometr cənubunda yerləşən neft quyusu və qazdoldurma stansiyasının təhlükəsizliyi hal-hazırda Peşmerge və polis qüvvələri tərəfindən tamamilə təmin edilib.



Әlaqәli Xәbәrlәr