ABŞ Baş Qərargah rəisinin İraqa sürpiz səfəri

Sabah da Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ Baş Qərargah rəisi Jozef Dunfordu qəbul edəcək

541862
ABŞ Baş Qərargah rəisinin İraqa sürpiz səfəri

  İraqın Baş naziri Heydər İbadi paytaxt Bağdada gələn Amerika Birləşmiş Ştatları Baş Qərargah rəisi Jozef Dunford və bərabərindəki heyətini qəbul edib.

  İraq Baş Nazirliyindən verilən yazılı məlumata görə, “Bu gün sürpriz şəkildə İraqa gedən ABŞ Baş Qərargah rəisi Dunford ölkənin Baş naziri İbadi ilə görüşündə Mosulu qurtarma əməliyyatı, terrorla mübarizədə beynəlxalq koalisiya qüvvələrinin İraqa dəstəyi və təhlükəsizlik qüvvələrinin ABŞ tərəfindən təlimilə bağlı mövzuları müzakirə ediblər.”  

  Türkiyənin Baş naziri Binəli Yıldırım da sabah ABŞ Baş Qərargah rəisi Jozef Dunfordu paytaxt Ankaranın Çankaya Köşkündə qəbul edəcək.



Әlaqәli Xәbәrlәr