Şimali Kıbrıs Türk Cümhuriyyətində çevriliş cəhdinə etiraz edilib

Şimali Kıbrıs Türk Cümhuriyyətində Fətullahçı Terror Təşkilatının iyulun 15-də çevriliş cəhdinə etiraz edilib.

533950
Şimali Kıbrıs Türk Cümhuriyyətində çevriliş cəhdinə etiraz edilib

Şimali Kıbrıs Türk Cümhuriyyətində Fətullahçı Terror Təşkilatının iyulun 15-də çevriliş cəhdinə etiraz edilib.

Türkiyənin Lefkoşadakı Səfirliyinin qarşısında keçirilən etiraz nümayişində səfir Dərya Kanbay da iştirak edib.

Səfir Kanbay Fətullahçı Terror Təşkilatının xəyanətinin hansı səviyyədə olduğunun ortaya çıxdığını bildirərək deyib ki, artıq bu təşkilatın kökündən təmizlənməsinin vaxtı gəlib.

Çevirilişə cəhdi qətiyyətlə pisləyən nümayişçilər FETÖ əleyhinə şüarlar səsləndiriblər.  

Nümayişdə iştirak edənlər səfirin çıxışından sonra demokratiyanın keşikçisi kimi növbədə gözləməkdə davam ediblər.



Әlaqәli Xәbәrlәr