Türkiyədən Moskvaya gedən heyət görüşlər keçirir

Soçidə iyulun 1-də Xarici İşlər nazirlərinin görüşündən sonra iki ölkənin rəsmi heyətləri ilk dəfə Moskvada bir araya gəlib.

529404
Türkiyədən Moskvaya gedən heyət görüşlər keçirir

Türkiyə-Rusiya əlaqələri normallaşır.

Soçidə iyulun 1-də Xarici İşlər nazirlərinin görüşündən sonra iki ölkənin rəsmi heyətləri ilk dəfə Moskvada bir araya gəlib.

Xarici və Daxili İşlər,Turizm və Nəqliyyat Nazirliyi rəsmilərinin rus həmkarları ilə keçirdikləri görüşdə turizm mövzusu və ikitərəfli əlaqələr müzakirə olunur.

Rusiya Federasiyasının dəvətilə ilə baş tutan görüşdə iki ölkə arasında çarter səfərlərinin yenidən başladılması, turistlərin təhlükəsizliyinə dair görülən tədbirlər ilə turizm sahəsindəki əməkdaşlıq da əsas gündəm maddələri arasındadır.



Әlaqәli Xәbәrlәr