Dağlıq Qarabağ problemilə bağlı ABŞ-Rusiya-Fransa

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefonda regional problemlərdən danışıb

524876
Dağlıq Qarabağ problemilə bağlı ABŞ-Rusiya-Fransa

   Ağ Ev iki liderin telefon danışığı ilə bağlı yazılı məlumat verib. Məlumatda bu ifadələrə yer verilib: "Obama Putinin Azərbaycan və Ermənistan prezidentlərilə olacaq görüşündən əvvəl iki ölkə arasında yaşanan Dağlıq Qarabağ probleminin həlli barədə danışıb və deyib ki: “Bu işdə Rusiya və Fransa ilə birlikdə ABŞ da münaqişənin həllində vasitəçi olmağa hazırdır”.

  İki liderin Suriya ilə bağlı danışığında isə Obama Putinə bunları deyib: "Rusiya Suriya rejiminə təzyiq etməlidir. Ölkədə qalıcı sülhə nail olmaq üçün rejimin vətəndaşlara hücumları sona çatdırılmalıdır. Suriyada tərəflər arasında qarşıdurmaların dayandırılması razılaşmanın əsaslarından biridir."

  Liderlər Suriyada terror təşkilatı DAEŞ və Əl-Nusraya qarşı mübarizədə birgə səyləri artırmaqla bağlı da danışıb, Suriyada siyasi keçid axtarışları və mühasirə altındakı bölgələrə yardımların nəqliyyat məsələlərini müzakirə ediblər.

  Telefon danışığında Ukraynadan da bəhs edən Obama Putinə Minsk razılaşmasına əməl edilməsinin vacibliyinə toxunub.



Әlaqәli Xәbәrlәr