Türkiyə-Rusiya əlaqələri normallaşma mərhələsinə keçdi
Rusiyanın Nəqliyyat Nazirliyi Türkiyəyə tarifsiz səfərlərin yenidən başlayacağını açıqlayıb.
Rusiyanın Nəqliyyat Nazirliyi Türkiyəyə tarifsiz səfərlərin yenidən başlayacağını açıqlayıb. Açıqlamadan sonra ölkə prezidenti Vladimir Putin Türkiyəyə qarşı tur satışı və tarifsiz uçuşlara dair sanksiyaların iyunun 30-dan etibarən aradan qaldırılmasına dair sərəncam imzaladı.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində danışıqların başlanılmasına dair qərar qəbul edilib.
Bildirlir ki, 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə imzalanan fərmanın icrası istiqamətində işlər sürətləndirilib. Həyata keçirilən işlər daha çox Türkiyənin turizm şirkətlərinin sevincinə səbəb olub.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir