Beynəlxalq koalisiya qüvvələri Münbiçdə DEAŞ hədəflərini vurdu

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi terror təşkilatı DEAŞ əleyhinə beynəlxalq koalisiya qüvvələri Suriyanın şimalında yerləşən Münbiçdəki DEAŞ hədəflərini vurdu.

514073
Beynəlxalq koalisiya qüvvələri Münbiçdə DEAŞ hədəflərini vurdu

 ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən yazılı məlumatda ABŞ-ın rəhbərliyindəki qüvvələrin dünən Suriyada  döyüş və pilotsuz uçuş aparatları ilə DEAŞ hədəflərinə 16 hava hücumu təşkil etdiyi qeyd olunur.
 
 DEAŞ-dan geri alınması üçün iyunun 1-dən etibarən əməliyyatların davam etdiyi  Münbiçə 9 hava hücumunun təşkil olunduğu bildirilən məlumatda hücumlarda təşkilatın taktika sahələrinin, döyüş mövqelərinin və vasitələrinin yararsız hala gətirildiyi ifadə edilir.
 
Məlumatda Suriyadakı digər hücumların Mera, Əbu Kamal, Rakka, Eyn Isa və Deyruz Zor ətrafında keçirildiyi də bildirilir.



Әlaqәli Xәbәrlәr