“Sizə İraqda yer yoxdur”, H.İbadi

İraq Ordusu Fellucəni terrorçulardan təmizlədi

513241
“Sizə İraqda yer yoxdur”, H.İbadi

  İraqdakı qarşıdurma və hücumlarda 46 nəfər ölüb, yüzdən çox adam yaralanıb.

  İraq ordusu strateji bölgə olan Fellucəni terror təşkilatı DAEŞ-dən təmizləyib: Anbar vilayətinə bağlı qəsəbədəki hökumət binaları və xəstəxanaları geri alıb. Bu savaşda 22 hərbçi ölüb, 30 nəfər yaralanıb. Keçid dəhlizləri bağlanılan terrorçular da geri çəkilərkən ağır zərbələr alıb.

  İraqın Baş naziri Heydər Əl-İbadinin dövlət televiziyasında çıxışı zamanı söylədiyinə görə, “İraq hərbi qüvvələri Fellucənin mərkəzində nəzarəti təmin edib, növbəti hədəf Mosulu geri almaqdır… Fəllucə vətənimizin bir parçasıdır. Hədəfimiz xalqı mühafizə etmək, vətəndaşların təhlükəsizliyini təmin etmək, onlara dəstək vermək, dövlət və özəl əmlakı qorumaqdır.”

  İraqın Baş naziri daha sonra DAEŞ-ə səslənərək deyib: "Sizə İraqda yer yoxdur. Əməlləriniz cinayətdir və hər cinayətə görə cəzanızı alacaqsınız. İraqlılar sizə qarşı birlikdə mübarizə aparır. Son üzvünüzə qədər sizi torpaqlarımızdan çıxaracağıq.”

  Xatıradaq ki, İraq ordusu Fellucəni terrorçulardan təmizləmək üçün 1 ay idi ki, mübarizə aparırdılar. Bu müddətdə 50 minə yaxın vətəndaş böhran vəziyyətinə çatmış aclıqdan qəsəbəni tərk etmişdi. Fellucədəki DAEŞ terrorçuları Səlahəddin vilayətinə bağlı olan türkmən qəsəbəsi Tuzhurmatuya hücum etmiş, 5-i əsgər olmaqla 17 nəfər həyatını itirmiş, 50 adam yaralanmışdı.

  Terror hücumlarının hədəfində paytaxt Bağdad da vardı. Paytaxtın ayrı-ayrı bölgələrində meydana gələn 4 bombalı hücum nəticəsində biri əsgər olmaqla 7 nəfər ölmüş, 28 adam yaralanmışdı. Bu hücumların məsuliyyətini boynuna götürən olmayıb.



Әlaqәli Xәbәrlәr