İran Futbol Federasiyasının hakimi Mehdi Tahmasbi Suriyadakı qarşıdırmalarda öldü

İran Futbol Federasiyasının hakimlərindən Mehdi Tahmasbi İran İnqilab Keşikçiləri Ordusunun  tərkibində Suriyadakı qarşıdırmalarda öldürüldü.

510670
İran Futbol Federasiyasının hakimi Mehdi Tahmasbi Suriyadakı qarşıdırmalarda öldü

Federasiyanln internet saytında yayımlanan başsağlığı xəbərində İranın Qum əyalətində futbol hakimliyi edən və eyni zamanda İnqilab Keşikçiləri Ordusunun üzvü olan Təhmasbinin Suriyanın  Hələb şəhərindəki qarşıdurmada həlak olduğu bildirilir.

Fars Xəbər Agentliyi isə İran İnqilab Keşikçiləri Ordusunun Said Şamlu adlı ehtiyatda olan əskərin də Suriyadakı qarşıdurmalarda öldürüldüyü xəbərini yaydı.

Digər tərəfdən, Əsəd rejimi Lazkiyedə Bayırbucaq Türkmən bölgəsinə geniş miqyaslı hücuma keçdi.

Səhərin erkən saatlarında hücum edən reyim qüvvələri müxaliflərin nəzarətindəki kəndlərə  minaatan və raketlərlə zərbələr endirdilər.

Türkiyə ilə sərhədin yaxınlarında yerləşən Yamadi və Kelezin hədəf alındığı hücumlarda çox sayda evə və çadıra da zərər dəydi.

Bölgədəki partlayış səsləri Türkiyənin Suriya sərhədindəki Yayladağı qəsəbəsində də eşidilir, bombardman nəticəsində çıxan tüstülər Türkiyə sərhədindən görünür.

 

 



Әlaqәli Xәbәrlәr