Liviya təhlükəsizlik qüvvələri Sirte şəhərindəki limana nəzarəti ələ keçirdilər

Liviyada təhlükəsizlik qüvvələri DEAŞ-la qarşıdurmalardan sonra Sirte şəhərindəki limanın nəzarətini ələ keçirdiklərini açıqladı.

508831
Liviya təhlükəsizlik qüvvələri Sirte şəhərindəki limana nəzarəti ələ keçirdilər

 
 Sirte DEAŞ-ın İraq və Suriyadan sonra fəaliyyət göstərdiyi yerlər içindəki ən əhəmiyyətli qalasıdır.
 
 Birləşmiş Millətlər Təşkilatının dəstəyini alan Liviya Milli Birlik Hökumətinə tabe olan qüvvələr şəhəri geri almaq əməliyyatına ötən ay başlamışdı.
 
 Həftənin əvvəlində Liviya qüvvələri Sirtedə yerləşən DEAŞ  mövqelərinə hava əməliyyatı keçirmişdi.
 
 Hökumət toqquşmalarda iki əsgərin öldüyünü, səkkiz əsgərin də yaralandığını bildirmişdi.
 
 DEAŞ hücumlara pulemyot və toplarla cavab verir. 
 Terror təşkilatı snayperlərdən də istifadə edir.



Әlaqәli Xәbәrlәr