Hәlәbdә üç xәstәxanaya hücum tәşkil edilib

Suriyada  rejim qüvvələrinin  Hələbə  tәşkil etdiklәri hava hücumu  nәticәsindә 15 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

507013
Hәlәbdә üç xәstәxanaya  hücum tәşkil edilib

BMT-nin Uşaq Fondu (UNİCEF)  şəhərdə üç saat ərzində 3 xəstəxananın hücuma məruz qaldığını açıqlayıb.Onlardan biri uşaq xəstəxanası olub.

UNİCEF rәsmisi  xəstəxanalara təşkil olunan hücumlar nəticəsində  orda müalicə alan uşaqların suni nәfәs aparatından çıxarılmaq mәcburiyyәtindә qaldığını və bu əməlləri törədənlərin insanlıqdan kənar davranışlarını lənətləyib.

Digər tərəfdən,  müxalifәt qüvvәlәri  DAEŞ-a qarşı apardıqları mübarizә nәticәsindә әhәmiyyәtli bölgәnin nәzarәtini әlә keçirib.



Әlaqәli Xәbәrlәr