“Fəth” ordusu yenə iki kəndə nəzarəti ələ keçirdi

Suriyada müxalifətin “Fəth” silahlı qüvvələri Hələbin cənubundakı Xan Tuman qəsəbəsi ətrafında bir tank bölüyü və sursat anbarları ilə birlikdə iki kəndə nəzarəti ələ keçirib

503809
“Fəth” ordusu yenə iki kəndə nəzarəti ələ keçirdi

  Yerli mənbələrdən alınan məlumata görə, “Fəth” ordusu Əsəd ordusunun 60 əsgərini öldürüb, 11-ni əsir götürüb.

  Suriya hökuməti həmləyə cavab olaraq bölgənin müxalifət qüvvələrinin mövqelərini bombalayıb.

  Qeyd edək ki, “Fəth” ordusu keçən ay Hələbin cənubundakı strateji əhəmiyyətə malik Xan Tuman rayonu yaxınlığındakı Halidiyə kəndini və Sim Makla yüksəkliklərinə nəzarəti ələ keçirmişdi.



Әlaqәli Xәbәrlәr