Aralıq dənizindən Avropaya keçməyə cəhd göstərən qaçqınların dramı davam edir

Liviya sularında nə vaxt və nə şəkildə boğulduğu məlum olmayan 85 afrika mənşəli insanın cəsədi tapılıb.

503186
Aralıq dənizindən Avropaya keçməyə cəhd göstərən qaçqınların dramı davam edir

  Cəsədlər Liviya sahil təhlükəsizlik dəstələri tərəfindən Zuara şəhəri sahillərində quruya çıxarılıb.

  Ötən həftə də Liviyadan İtaliyaya yola düşən 880 qaçqın boğularaq can vermişdi.

  Digər tərəfdən, Yunanıstanın Samos adasında fərqli ölkələrdən olan qaçqlnlar arasında çıxan davada ən az 15 kişi yaralanıb.

  Mərakeş, Əfqanıstan və Pakistan əsilli qaçqınların qarşıdurmasında kəsici alətlərdən istifadə edilib

 Çevik qüvvələrin müdaxilə etdiyi hadisələr zamanı yanğın çıxib..

 Yunanıstanın Daxili İşlər naziri Pangiotis Kurublis  və bələdiyyə sədrləri yerli hakimiyyətlərin toplantısı üçün Samosa gediblər.

 Lesbos adasında da çərşənbə günü, gecə qaçqınlar arasında münaqişələr olub, onlarla insan yaralanıb, qaçqın şəhərciyinin təxminən üçdə biri dağıdılaraq yararsız hala salınıb.

  Türkiyə və Avropa İttifaqı arasında mart ayında qaçqınlarla əlaqədar əldə olunmuş  razılaşmadan sonra Egey dənizindən Yunan adalarına keçən qaçqlnlar adalarda  nəzarətə alınırlar.

  Sığınma tələb edən qaçqınlar təxminən iki aydan çoxdur ki, hüquqi prosedurlarının başa çatmasını gözləyirlər.



Әlaqәli Xәbәrlәr