İranlılarla ermənilər bir-birlərinə rahat gedib-gələcəklər

İranla Ermənistan hökumətləri arasında iki ölkə vətəndaşları üçün qarşılıqlı viza tətbiqinin qaldırılmasına istiqamətli razılaşma əldə edilib

502935
İranlılarla ermənilər bir-birlərinə rahat gedib-gələcəklər

  İranın İRNA rəsmi agentliyinin məlumatına görə, razılaşma layihəsi Ermənistan Nazirlər Kabineti tərəfindən də təsdiqlənərək imza mərhələsinə gəlib.

  İrəvanla Tehran arasında imzalanan razılaşmaya görə, İran və Ermənistan vətəndaşları iki ölkə arasında edəcəkləri səyahət zamanı 90 günə qədər qala bilərlər.

  Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyanın yaxın vaxtlarda paytaxt Tehrana edəcəyi rəsmi səfər zamanı viza layihəsi imzalanacaq.

  Vizaların qaldırılmasıyla İran və Ermənistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, başda turizm olmaqla qarşılıqlı iqtisadi və ticarət əlaqələrin möhkəmləndirilməsi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr