Rusiya atǝşkǝs rejiminin uzadıldığını bildirib

Rusiya, Hələbdə elan edilǝn 48 saatlıq atəşkəs rejiminin   Mayın 9-na  dǝk uzadıldığını bildirib. Atəşkəs qǝrarından sonra xalq evlərinə qayıtmağa başlayıb.

486308
Rusiya atǝşkǝs rejiminin uzadıldığını bildirib

Hama şəhərində isə siyasi məhbusların da qaldığı həbsxanada qalmaqal baş verib. Üsyana rejim qüvvǝlǝri müdaxilǝ edib. Hamadaki həbsxanada 800 məhkumun olduğu təxmin edilir.

Digǝr tǝrǝfdǝn İran, Suriyada indiyə qədərki ən böyük itkisini verib. Hǝlǝbǝ 15 kilometr uzaqlıqda yerlǝşǝn Xan toma kəndinǝ nǝzarǝti ǝlǝ keçirǝn Əl Nusraya mǝnsub terrorçular çox sayda İranlını öldürdüklǝrini  açıqlayıb.

İranlı rǝsmilǝrin mǝlumatına görǝ kǝnddǝ baş verǝn qarşıdurmada 13 İranlı ölüb, 21-i yaralanıb.

Koalisiya təyyarələrinin terror təşkilatı DEAŞ mövqelərinǝ hücumu nǝticǝsindǝ isǝ aralarında qadın və uşaqların da olduğu 6 nǝfǝr hǝyatını itirib.



Әlaqәli Xәbәrlәr