Qǝznǝdǝ yol qǝzası; 52 nǝfǝr ölüb

Qəznə vilayətində zəncirləmə avtomobil qəzası baş verib

486602
Qǝznǝdǝ yol qǝzası; 52 nǝfǝr ölüb

Əfqanıstanın Qəznə vilayətində zəncirləmə avtomobil qəzası baş verib. Hadisǝdǝ 52 nǝfǝr hǝyatını itirib, 73 nǝfǝr xǝsarǝt alıb.

Şəhərin Mukur qǝsǝbǝsindǝ iki avtobusun maye yanacaq daşıyan tankerlǝ toqquşması nǝticǝsindǝ baş verǝn qəzada yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.

Əfqanlı sǝlahiyyǝtlilǝrǝ görǝ qazaya sürücünün diqqǝtsizliyi sǝbǝb olub.

Xatırladaq ki, ölkədə üç il əvvəl bir sərnişin avtobusuyla bir neft tankerinin toqquşması nəticəsində 40 nəfər hǝyatını itirmiş, 16 nəfər dǝ yaralanmışdı.



Әlaqәli Xәbәrlәr