Rusiya prezidenti Yaponiya Baş naziri ilə görüşdü

Abe Putinlə görüşündə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrlə yanaşı aktual beynəlxalq mövzulardan da danışdıqlarını vurğulayıb

485811
Rusiya prezidenti Yaponiya Baş naziri ilə görüşdü

  Rusiya prezidenti Vladimir Putin Yaponiyanın Baş naziri Şinzo Abeyi Soçidə qarşılayıb. Mətbuata qapalı görüşdə onlar iki ölkənin gündəmində olan mövzuları müzakirə ediblər.

  Vladimir Putin deyib: "Yaponiya təkcə qonşumuz deyil, Asiya və Sakit okean bölgəsində mühüm ortağımızdır. Bu səfəri ölkələrimizi maraqlandıran mövzuları müzakirə üçün əhəmiyyətli bir fürsət kimi dəyərləndirirəm.”

  Yaponiyanın Baş naziri Şinzo Abe də öz növbəsində Putinlə görüşündə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrlə yanaşı aktual beynəlxalq mövzulardan da danışdıqlarını vurğulayıb.

  Putin-Abe görüşündən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov şərh verərək deyib: “Liderlərin iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqu bundan sonra da davam edəcək. İyun ayında Xarici İşlər nazirinin müavini səviyyəsində görüş olacaq, əsasən iqtisadi məsələlər, xüsusən, iki ölkə arasında ticarət həcminin artırılması üçün böyük investisiya layihələri müzakirə ediləcək”.  



Әlaqәli Xәbәrlәr