İsrailli ǝsgǝrlər daha bir Fǝlǝstinlini öldürüb

İordan çayının qǝrb sahilindǝ bir prospektdǝ patrul gəzən İsrailli əsgərlərin üzərinə maşınını sürən fələstinli vurularaq öldürülüb.

484123
İsrailli ǝsgǝrlər daha bir Fǝlǝstinlini öldürüb

Ötǝn gün baş verǝn hadisə nǝticǝsindǝ üç İsrail ǝsgǝri yaralanıb. Onlardan birinin vǝziyyǝti ağırdır.

Bölgədə toplanan fələstinli gənclər isǝ, hadisə yerinə cǝlb olunan hǝrbi texnikanı daşlayıblar.

Qeyd edǝk ki, ötǝn ildǝn bǝri artan fərdi hücumlarda 28 İsrailli həyatını itirib.

200-ə yaxın fələstinli öldürülüb.

Digǝr tǝrǝfdǝn iki il əvvəl Mohammǝd Əbu Xudair adlı Fələstinli gənci öldürən İsrail vətəndaşı Yosef Haim Ben Davidin haqqında ömürlük iş kǝsilib.



Әlaqәli Xәbәrlәr