İranın dini lideri, ingilis dilinin öyrǝnilmǝsinǝ reaksiya verib

İranın dini lideri Ayətullah Əli Xameneyi, uşaq və gənclərin xarici mədəniyyəti mǝnimsǝmǝlǝrinin qarşısını almaq səbəbiylǝ ölkədə İngilis dili təhsilin təşviq edilməmǝsini  istǝyib.

483142
İranın dini  lideri, ingilis dilinin öyrǝnilmǝsinǝ reaksiya verib

İran rəsmi xǝbǝr agentliyi IRNA-nın mǝlumatına  görǝ, Xameneyi, Müəllimlər Həftəsi münasibǝtiylǝ,  müəllimlǝri qǝbulu zamanı, ölkədə İngilis təhsilin təşviq edilməsindǝn tǝnqid edib. Dini lider: “Təəssüf ki, bəzi yerlərdə Fars dili yox, İngilis dilin öğrǝnilmǝsi təşviq edilir. Elǝ ki, məktəbǝ başlamamış uşaqlara belǝ ingilis dili öyrǝdilir.  Xarici dillərin öyrənilməsinǝ qarşı  deyilǝm. Ancaq, ölkədəki uşaq və gənclər arasında xarici mədəniyyətin ön plana çıxmasına sǝbǝb olan addımlar  atılmasından  imtina  edilmǝlidir”  deyǝ  dini  lider  vurğulayıb.



Әlaqәli Xәbәrlәr