ABŞ Suriyada təhlükəsiz bölgə yaradılması məsələsində fikirlərini dəyişməyib

ABŞ Suriyada təhlükəsiz bölgə yaradılması məsələsində fikirlərinin dəyişmədiyini bildirib.

482893
ABŞ Suriyada təhlükəsiz bölgə yaradılması məsələsində fikirlərini dəyişməyib

ABŞ Suriyada təhlükəsiz bölgə yaradılması məsələsində fikirlərinin dəyişmədiyini bildirib.

Ağ Evin sözçüsü Joş Ernest mətbuat konfransında Suriyada davam edən vətəndaş müharibəsi ilə bağlı sualları cavablandıraraq, Suriyada təhlükəsiz bölgə yaradılması haqqında prezident Barak Obamanın fikrinin dəyişmədiyini ifadə edib: O, “Obama, təhlükəsiz bölgə yaradılmasının hal-hazırda Suriyada baş verənlərə alternativ olacağını düşünmür" deyə bildirib.

Prezident Barak Obamanın təhlükəsiz bölgə fikrinə qarşı olduğunu söyləyən Coş Ernest, "Prezident öncədən bunu söyləyir, çünki ABŞ-ı bunu etməyə məcbur edən bir mövqeyə salmaq istəmir. Əsas məqsəd  DEAŞ-a qarşı mübarizə olmalıdır" deyə vurğulayıb.

Beynəlxalq tərəflərin Suriyada qarşıdurmaların dayandırılması məsələsində verdikləri sözləri yerinə yetirməsinin vacibliyini  ifadə edən Ağ Ev sözçüsü bildirib ki, qarşıdurmaların dayandırılmasına dair razılaşma yenilənməlidir. Xüsusilə Bəşər Əsəd rejimi, verdiyi sözləri yerinə yetirməli, Rusiya, Əsəd rejiminə təzyiq edərək, Əsədin sözlərini yerinə yetirməsini təmin etməlidir.

ABŞ Dövlət Departamentinin nümayəndəsi  Con  Kirbi də  Hələb ətrafında təhlükəsiz bölgə yaradılması məsələsinə münasibət bildirib.

Suriyada yalnız müəyyən bir bölgənin deyil, bütün ölkənin etibarlı olmasını ümid etdiklərini vurğulayan Kirbi, "Qarşıdurmaların dayandırılmasına dair razılaşma bütün Suriyaya yayılmalıdır. Bu bizim hədəfimizdir" deyə bildirib.

Hələbdə vətəndaşlara qarşı təşkil olunan hücumlar barədə danışan  Kirbi, "Bunlar sona çatmalıdır. Əsəd rejimi xalqı hədəf almağa davam edir. İndi isə günahsız insanları və səhiyyə işçilərini hədəf alır və biz bu vəziyyəti qınayırıq" deyə qeyd edib. 



Әlaqәli Xәbәrlәr