Suriyada gərginlik davam edir

Suriyalı müxaliflərin yaratdığı Ali Müzakirə Komitəsi ölkədə Əsədsiz siyasi keçid mövzusunda israrlıdırlar.

472755
Suriyada gərginlik davam edir

Müxaliflər Cenevrə müzakirələrində bu mövzuda irəliləyişin təmin olunmayacağı durumda danışıqlara qatılmayacaqlarını açıqlayaraq Şam rejimi siyasi və humanitar məsələlər üzrə razılığı rədd etsə birbaşa olaraq müzakirələrin çökə biləcəyi xəbərdarlığını ediblər.

Ali Müzakirə Komitəsinin üzvü Əbdulhakim Bəşər atəşkəsin çoxdan çökdüyünü söyləyərək ölkədəki humanitar vəziyyətin pisləşdiyinə diqqəti çəkib.

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın şənbə günü Əsədlə bağlı yeni bir təklif təqdim etdiyi irəli sürülmüşdü.

De Mistura Suriyanın dövlət başçısı Bəşər Əsədin keçid dövründə simvolik olaraq iqtidarda qalmasını, güclü səlahiyyətləri olan köməkçilərinin isə muxaliflərdən seçilməsini təklif etmişdi.

Ali Müzakirə Komissiyası Əsədin keçid hökumətində iştirak etməsini rədd edir.

Bu arada fevralın 27-də qüvvəyə minən atəşkəsdən bu yana Hələbdə ən şiddətli qarşıdurmalar yaşanır. Ölkənin ikinci böyük şəhərindəki qarşıdurmalarda 22 dinc vətəndaş həyatını itirib. 2011-ci ildə başlayan Suriya böhranından bu yana ölkə əhalisinin yarısı evlərini tərk etmək məcburiyyətində qalıb, ümumilikdə 270 mindən çox insan həlak olub.



Әlaqәli Xәbәrlәr