Yəməndə atəşkəs elan olunub

Yəməndə husilərlə prezident Mənsur Hadi tərəfdarları arasındakı atəşkəs gecə yarısı qüvvəyə minib.

468383
Yəməndə atəşkəs elan olunub

Keçən çərşənbə günü tərəflərin Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsinin təklifi ilə qəbul etdikləri atəşkəs qərarı yəmənlilər üçün ümidverici xəbər oldu.

İlk dəfə idi ki, dünən gecə Sənada atəş səsləri eşidilməyib. Ancaq ətraf ərazilərdə qarşıdurmalar davam edir. Şəhərin şimalındakı Əl Mato qəsəbəsində husilerle Hadi tərəfdarları arasındakı qarşıdurmalarda 20-dən çox ölü, onlarla yaralı var.

Taiz şəhəri və Bayda bölgələrində də qarşıdurmalar hökm sürür. Ərəb koalisiya təyyarələri də husilərin mövqelərini bombalayıblar. Ölkədə atəşkəsə riayət olunub olunmayacağı maraqla gözlənilir.

Xatırladaq ki, Yəməndə keçən ilin dekabrında da atəşkəs əldə olunsa da buna əməl edilməmiş, bu ilin yanvarın 2-də Səudiyyə Ərəbistanının bombardmana yenidən başlaması ilə qərar qüvvəsini itirmişdi.

Qeyd edək ki, yeni atəşkəs qərarının ardından tərəflər aprelin 18-də Küveytdə sülh danışıqlarına başlamağı planlaşdırır.



Әlaqәli Xәbәrlәr