Şimali Kıbrıs Türk Respublikasındakı koalisiya hökuməti dağılıb

Milli Birlik Partiyası əvvəlcə su böhranı, sonra da maliyyə protokol böhranı səbəbilə koalisiyadan çəkilmə qərarı verib.

463694
Şimali Kıbrıs Türk Respublikasındakı koalisiya hökuməti dağılıb

Milli Birlik Partiyası əvvəlcə su böhranı, sonra da maliyyə protokol böhranı səbəbilə koalisiyadan çəkilmə qərarı verib.

Koalisiya ortaqları olan Milli Birlik Partiyası ilə Respublika Türk Partiyası arasındakı anlaşılmazlıq bir müddətdir davam edirdi.

İlk əhəmiyyətli böhran Şimali Kıbrıs Türk Cümhuriyyətinin Su Təmini layihəsinin müəssisə haqqının dövrü müddətində yaşanmışdı.

Daha sonra Türkiyə ilə Kıbrıs arasında 7 aydan bəri davam edən maliyyə protokolu danışıqlarında davamlı olaraq istəksiz davranması Milli Birlik Partiyasının bu addımı atmasına səbəb olub. Milli Birlik Partiyasından olan nazirlər istefalarını sabah Baş nazir Ömər Kalyoncuya təqdim edəcək.

UBP-nin rəhbəri Hüseyn Özgürgün siyasi baryeri aşmaq üçün fədakarlıq etməyə hazır olduqlarını söylədi.

Respublika Türk Partiyasının rəhbəri və Baş nazir Ömər Kalyoncu da maliyyə protokolu ilə əlaqədar olaraq fikirlərini açıqlayaraq su məsələsində köhnə ortağını onlarıi tək buraxmaqla günahlandırıb.

Respublika Türk Partiyasının rəhbəri Mehmet Əli Tələt isə bütün koalisiya mümkünlüyünə qapılarını bağladıqlarını açıqlayıb.

MBP-ni seçki hökuməti qurmağa çağıran Mehmet Əli Tələt "hökuməti pozan tərəf seçki hökuməti qurmanın məsuliyyətini da almalıdır" deyə bildirib.

İndi bütün diqqətlər yeni hökumət qurma işlərinə yönəlib. Siyasi kulis ən çox müzakirə olunan ssenarilərdən biri- MBP-nin Demokrat Partiya ilə yeni bir koalisiya hökuməti quracağı, bu hökumətinsə bir seçki hökuməti olacağı yolunda.



Әlaqәli Xәbәrlәr