Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Akıncı Espen Barth Eide ilǝ görüşüb
Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Mustafa Akıncı BMT Baş katibinin Kıbrıs üzrǝ xüsusi müşaviri Espen Barth Eide ilǝ görüşüb.
Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Mustafa Akıncı BMT Baş katibinin Kıbrıs üzrǝ xüsusi müşaviri Espen Barth Eide ilǝ görüşüb.
Prezident Sarayında baş tutan görüşdǝ Kıbrıs Türk tǝrǝfinin mǝslǝhǝtçisi Özdil Nami, BMT Baş katibinin Kıbrıs üzrǝ xüsusi nümayǝndǝsi Lisa Buttenheim, Xarici İşlǝr Nazirliyinin müşaviri Әrhan Erçin vǝ Prezidentin sözcüsü vǝ nümayǝndǝsi Barış Burcu da iştirak edib.
Görüşdǝn sonra jurnalistlǝrǝ açıqlama verǝn Eidǝ bildirib ki, prezident Akıncı ilǝ keçirilǝn görüş xeyli sǝmǝrǝli oldu. Gǝlǝcǝk hǝftǝlǝrdǝ hǝll etmǝk istǝdiyimiz bǝzi konkret mövzularla bağlı fǝaliyyǝtlǝrimiz davam edir. Liderlǝrlǝ görüşlǝrlǝ yanaşı müzakirǝlǝrdǝ iştirak edǝn heyǝtlǝrlǝ tǝkbǝtǝk keçirilǝn görüşlǝr dǝ faydalı oldu.
Eide müzakirǝlǝrdǝ doğru istiqamǝtdǝ addımladıqlarına inandığını qeyd edǝrǝk, müzakirǝ masasında anlayış olaraq ortada olan bǝzi problemlǝri hǝll etmǝyin praktik yolları barǝdǝ danışdıqlarını dilǝ gǝtirib.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.