Mǝnfi ǝlaqǝlǝr silah sektoruna da tǝsir edib

Rusiyanın Avropa ilǝ mǝnfi ǝlaqǝlǝri silah sektoruna da tǝsir edib.

461437
Mǝnfi ǝlaqǝlǝr silah sektoruna da tǝsir edib

Rusiyanın Avropa ilǝ mǝnfi ǝlaqǝlǝri silah sektoruna da tǝsir edib.

Rusiya prezidenti Vladimir Putin ölkǝsinin Avropa ilǝ hǝrbi-texniki sahǝdǝki ǝmǝkdaşlığın dayanma nöqtǝsindǝ olduğuna diqqǝt çǝkib.

Nijni Novgorod şǝhǝrindǝ ölkǝsinin Hǝrbi-Texniki Әmǝkdaşlıq Komissiyasının sǝlahiyyǝtlǝrilǝ bir araya gǝlǝn Putin ölkǝsinin silah ixracatının keçǝn il gözlǝnilǝn sǝviyyǝdǝn yuxarı olduğunu vǝ 14,5 milyard dollara çıxdığını bildirib.

Rusiyanın silah ixracat hǝcminin 1992-ci ildǝn bǝridir cǝmi 56 milyard dollara çıxdığını vurğulayan Vladimir Putin ǝn böyük müştǝrisinin Hindistan, İraq, Misir, Vyetnam, Çin vǝ Әlcǝzair olduğunu söylǝyib.

Afrika, Latın Amerikası, Cǝnubi Asiya vǝ Orta Şǝrqdǝ dǝ yeni silah bazarlarının yarandığını qeyd edǝn Putin Rusiyanın cǝmi 58 ölkǝyǝ silah ixrac etdiyini vurğulayıb.

Digǝr tǝrǝfdǝn Rusiya Sǝyahǝt agentliklǝri birliyi (ATOR) bu il ölkǝdǝki turizm şirkǝti sayının 2500-ǝ enmǝsini nǝzǝrǝ aldıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr