İraq ordusu Mosul əməliyyatında 11 kəndi DAEŞ-dən geri alıb

Mahmur Cəbhəsi Peşmerge komandirlərindən general Ziryan Şeyx Vesani deyib

457726
İraq ordusu Mosul əməliyyatında 11 kəndi DAEŞ-dən geri alıb

İraq ordusunun Mosulu qurtarmaq əməliyyatında Mahmur qəsəbəsinə bağlı 11 kənd terror təşkilatı DAEŞ-dən geri alınıb.

Mahmur Cəbhəsi Peşmerge komandirlərindən general Ziryan Şeyx Vesani deyib: “Sübh başlayan əməliyyat çərçivəsində indiyə qədər Sultan Abdullah, Nasir, Salahiye, Halidiye, Zenavir, Miku, Himedan, Seydavi, Kudile, Kermedi və Harberdan kəndləri terror təşkilatı DAEŞ-dən təmzilənib".

Mosula bağlı Mahmur qəsəbəsinin cənub-qərbində bu səhər İraq ordusu tərəfindən başlanılan əməliyyata Amerika Birləşmiş Ştatları liderliyindəki koalisiya qüvvələrinin döyüş təyyarələri da dəstək verib. İraqın sünni milislərdən ibarət Haşdi Vətən Qüvvələri də əməliyyata qatılıb, qarşıdrumalarda 12 əsgəri yaralanıb.

DAEŞ üzvü terrorçularının keçidi olmuş Mahmurla Güver arasındakı körpü partladılıb, koalisiyaya bağlı döyüş təyyarələri DAEŞ-in mövqelərini arasıkəsilmədən bombalayıb.

Bu arada, Nasir kəndinin nəzarətə alınması əsnasında terrorçuların bomba yüklü avtomobillə İraq əsgərlərinə istiqamətli intihar cəhdinə maneə törədilib.



Әlaqәli Xәbәrlәr