“Lazım gəlsə, Rusiya Suriyaya təkrar girər”, V.Putin

Başqa gözlənilməz hücumların siqnalı

452906
“Lazım gəlsə, Rusiya Suriyaya təkrar girər”, V.Putin

Suriyadakı hərbi qüvvələrinin bir hissəsini geri çağıran Rusiya prezidenti Vladimir Putinin bu ani qərarı başqa gözlənilməz hücumların siqnalı ola biləcəyi narahatlığını yaradır.

Suriyada Əsəd rəhbərliyini dəstəkləməyə davam edəcəklərini bildirən Putin deyib: "Lazım gəlsə, Rusiya hərbi qüvvələrini bir neçə saat içində bölgəyə təkrar göndərər".

Putin Kremldə Lazkiye yaxınlığındakı Hmeymim hərbi bazasından geri dönən təyyarəçiləri qəbul edərək onların işindən razı qaldığını bildirib: “Suriya müharibəsi Rusiya hərbçiləri üçün təlimlərdən daha faydalı oldu".

Vladimir Putin onu da bildirib ki, “Rusiya Hava Qüvvələrinin Suriyadakı "terrorçu qruplara" 2015-ci ilin sentyabrından bu yana bombardmanları üçün Rusiya Müdafiə Nazirliyi büdcəsindən 33 milyard rubl (1,3 milyard lira) xərclənib". Üstəlik Putin bu hava hücumları üçün edilən bütün xərclərin "tamamilə haqlı və lazımlı olduğunu" bildirib.

Xatırladaq ki, Rusiya son iki gündə Suriyadakı hava qüvvələrinin təxminən yarısını geri çağırıb. Bir-iki gündə çəkilmənin tamamlanacağı bildirilib.



Әlaqәli Xәbәrlәr