Suriyadakı Rusiya hǝrbi birlǝşmǝlǝrinin böyük hissǝsi çǝkilir

Rusiya prezidenti Vladimir Putin Suriyadakı hǝrbi birlǝşmǝlǝrinin böyük hissǝsinin çıxarılmasına başlanması barǝdǝ göstǝriş verib.

450862
Suriyadakı Rusiya hǝrbi birlǝşmǝlǝrinin böyük hissǝsi çǝkilir

Rusiya prezidenti Vladimir Putin Suriyadakı hǝrbi birlǝşmǝlǝrinin böyük hissǝsinin çıxarılmasına başlanması barǝdǝ göstǝriş verib.

Rus xǝbǝr agǝntliyi TASS dünǝn Putinin Xarici İşlǝr naziri Sergey Lavrov vǝ Müdafiǝ naziri Sergey Şoyqu ilǝ Suriyadakı vǝziyyǝtǝ dair görüş keçirdiyini bildirib. Agentliyin xǝbǝrinǝ ǝsasǝn Putin görüşdǝ Şoyquya Suriyadakı Rusiya hǝrbi birlǝşmǝlǝrinin böyük hissǝsinin (bu gündǝn etibarǝn) çıxarılmasına başlanması barǝdǝ göstǝriş verib.

“Müdafiǝ Nazirliyinin vǝ ordunun ona tapşırılan vǝzifǝlǝri ümumi olaraq yerinǝ yetirdiyini düşünürǝm" deyǝn Putin bildirib ki, Tartusdakı dǝniz bazası ilǝ Hımeymimdǝki hǝrbi hava bazasının vǝziyyǝti mühafizǝ edilǝcǝkdir.

Kremlinin rǝsmi veb saytında yer tutan xǝbǝrdǝ isǝ Putin vǝ Suriya Dövlǝt başçısı Bǝşǝr Әsǝdin telefonla danışaraq Suriyadakı Rusiya hǝrbi birlǝşmǝlǝrinin çǝkilmǝsi barǝdǝ razılıq ǝldǝ etdiklǝri bildirilib.

Kremlinin mǝtbuat üzrǝ sözçüsü Dmitriy Peskov Suriyadakı Rusiya hǝrbi birlǝşmǝlǝrinin böyük hissǝsinin geri çǝkilǝcǝyinǝ dair detalların Müdafiǝ Nazirliyi tǝrǝfindǝn açıqlanacağını söylǝyib.

Suriyanın rǝsmi xǝbǝr agǝntliyi SANA isǝ Әsǝd vǝ Putinin Rusiyanın Suriyadakı hava qüvvǝlǝrinin sayının ixtisar edilmǝsi barǝdǝ razılıq ǝldǝ etdiklǝrini bildirib.

Digǝr tǝrǝfdǝn Putin Suriyadakı rus ordu birlǝşmǝlǝrinin böyük hissǝsinin geri çǝkilmǝ qǝrarını ABŞ prezidenti Barak Obamaya da zǝng edǝrǝk bildirib.

Rus lider qǝbul edilǝn qǝrarın Suriyada vuruşan tǝrǝflǝr arasında siyasi danışıqların başlaması üçün müsbǝt bir sinqal olduğunu da vurğulayıb.

Cenevrǝdǝ danışıqlar davam edǝrkǝn qǝbul edilǝn çǝkilmǝ qǝrarı müxalifǝt tǝrǝfindǝn dǝ müsbǝt qarşılanıb.



Әlaqәli Xәbәrlәr