NATO gəmiləri Egey dənizindəki beynəlxalq sulara daxil oldular

NATO gəmiləri qeyri-qanuni mühacirətlə mübarizə etmək üçün Egey dənizindəki beynəlxalq sulara daxil oldular.

441683
NATO gəmiləri Egey dənizindəki beynəlxalq sulara daxil oldular

Egey dənizi kəşfiyyat, monitorinq və nəzarət funksiyalarını yerinə yetirəcək qrupda, Türkiyənin "Barbaros" freqatının da olduğu 4 gəmi vardır.

Gəmilərin vəzifələri arasında qaçqın təxliyəsi, sülhü qoruma, humanitar yardım, böhran və terrorizmlə mübarizə də vardır.

Türkiyə öz sularında qeyri-qanuni mühacirətlə mübarizəni davam etdirir.

Sahil təhlükəsizliyə aid "Ümid" gəmisi tərəfindən son 24 saat ərzində azad edilən 501 qaçqın İzmirə aparıldı.

2015-ci ildə Egey və Aralıq dənizlərində dəniz yolu ilə Avropaya keçmək istəyənlərdən 3 min 760 nəfəri həyatını itirib.



Әlaqәli Xәbәrlәr