“Türkiyǝ marşrutu ümidvericidir”,Y Steinitz

İsrailin enerji naziri Yuval Steinitz Şǝrqi Aralıq dǝnizindǝ olan tǝbii qazın Avropaya daşınmasında Türkiyǝ marşrutunun ümidverici olduğunu söylǝyib.

439336
“Türkiyǝ marşrutu ümidvericidir”,Y Steinitz

İsrailin enerji naziri Yuval Steinitz Şǝrqi Aralıq dǝnizindǝ olan tǝbii qazın Avropaya daşınmasında Türkiyǝ marşrutunun ümidverici olduğunu söylǝyib.

ABŞ-ın Huston şǝhǝrindǝ keçirilǝn “İHS CERAWeek 2016 Enerji Konfransı"nda mǝtbuat konfransı tǝşkil edǝn Steinitz İsrail qazının Avropaya çatdırılmasında Türkiyǝ vǝ Yunanıstan marşrutlarını dǝğǝrlǝndirǝrǝk Türkiyǝnin tǝbii qaz bazarına diqqǝt cǝlb edib.

O deyib ki, Türkiyǝnin qaza olan tǝlǝbatı artacaq. Türkiyǝ bazarı vǝ Avropaya Türkiyǝ üzǝrindǝn tǝbii qaz satma ehtimalı ümidvericidir.

İsrail vǝ Türkiyǝ arasındakı diplomatik problemlǝrin hǝllinin vacibliyini vurğulayan Steinitz onu da deyib ki, bu layihǝnin hǝyata keçirilǝ bilmǝsi üçün iki ölkǝ arasındakı ǝlaqǝlǝrin normallaşdırılması şǝrtdir. Ümidvaram ki, ǝn yaxın zamanda bu mümkün olar. İki tǝrǝf bunun üçün çox istǝklidir. Gǝlǝcǝk hǝftǝlǝrdǝ vǝ yaxud da aylarda problemlǝrin hǝll edilǝcǝyinǝ inanıram.

Türkiyǝ vǝ İsrail arasında iqtisadi ǝlaqǝlǝrin güclü olduğuna diqqǝt çǝkǝn Steinitz Şǝrqi Aralıq dǝnizindǝ yeni tǝbii qaz yataqlarının aşkarlanması ilǝ Türkiyǝ, İsrail, Kıbrıs, Yunanıstan vǝ Misir arasındakı enerji ǝmǝkdaşlığının güclǝnǝ vǝ belǝliklǝ bölgǝdǝ sabitliyin tǝmin edilǝ bilǝcǝyini söylǝyib.



Әlaqәli Xәbәrlәr