Əfqan qüvvǝlǝr ilǝ taliban arasında qarşıdurma baş verib

Əfqanıstanın şimalındakı Cevizcan vilayətinin Kuştǝpǝ qǝsǝbǝsindǝ taliban üzvü terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verǝn qarşıdurmada üç nǝfǝr ölüb.

435270
Əfqan qüvvǝlǝr ilǝ  taliban arasında qarşıdurma baş verib

Ölkənin şimalında yerlǝşǝn hǝrbi qǝrargahın rǝsmisi Məhəmməd Reza Rezainın mǝlumatına görǝ təhlükəsizlik qüvvǝlǝrinin Kuştǝpǝnin Çakma Çuxur bölgəsində başlatdıqları əməliyyat əsnasında 3 taliban üzvü öldürülüb, bir ǝsgǝr isǝ yaralanıb. 12 motosiklet ələ keçirilǝn əməliyyat isǝ davam edir.

Əfqanıstan rǝsmilǝrinin mǝlumatına görǝ, Cevizcanın Akça qǝsǝbǝsinin Çakuş bölgəsində baş verǝn qarşıdurmada 2 meşəbəyi hǝyatını itirib, ikisi dǝ itkin düşüb.

Taliban terror qruplaşmasının iddiasına görǝ yaralı vǝ hǝyatını itirǝn ǝsgǝr sayı 24-dür.



Әlaqәli Xәbәrlәr