Ümumdünya Səhiyyə Təşkilatından Zika virüsü ilǝ bağlı xǝbǝrdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunu beynəlxalq miqyasda səhiyyə sahəsində fövqəladə vəziyyət kimi dəyərləndirib.

426379
Ümumdünya Səhiyyə Təşkilatından Zika virüsü ilǝ bağlı xǝbǝrdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunu beynəlxalq miqyasda səhiyyə sahəsində fövqəladə vəziyyət kimi dəyərləndirib. Ümumdünya Səhiyyə Təşkilatının dünən keçirilmiş fövqəladə toplantısında aparılmış müzakirələr nəticəsində Zika virusu ilə bu virusa yoluxmuş hamilə qadınların bətnində dölün anomaliyaları arasındakı əlaqənin "həddən artıq yüksək" olduğu vurğulanıb. Belə anomaliyalar arasında mikroensefaliya da var. Rəsmi məlumatlara görə, Braziliyanın 18 ştatında Zika qızdırmasına yoluxmaqla bağlı 500 mindən artıq fakt qeydə alınıb. Peru və Venesuelada da bu xəstəlik yayılmağa başlayıb. Bundan başqa, Sakit Okean regionundakı bir sıra ölkələrdə, habelə Avropa və ABŞ-da da Zika virusu qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında bildirir ki, Zika virusu ifrat yorğunluq, başağrıları, konyuktivit, dəridə səpmələr, qızdırma, əzələ və oynaqlarda ağrılara səbəb olur. Virusa yoluxmuş insanda bu simptomlar 2-7 gün müşahidə olunur. Virusa yoluxmuş insan istirahət etməli, çoxlu su içməli, qızdırma simptomlarına qarşı dərman preparatları qəbul etməlidir. Zika virusunu ağcaqanadlar yayırlar. Hazırda xəstəliyə qarşı ən effektiv profilaktika bu həşəratlardan qorunmaqdır.



Әlaqәli Xәbәrlәr