Ruhaninin Kapitoli muzeyini ziyarǝti zamanı çılpaq heykəlləriörtüblər

İran prezidenti Həsən Ruhaninin Kapitoli muzeyini ziyarǝti zamanı, onun islam dövlətini təmsil etdiyi nəzərə alaraq antik çılpaq heykəllər örtüblər.

424892
Ruhaninin Kapitoli muzeyini ziyarǝti zamanı çılpaq heykəlləriörtüblər

İran prezidenti Həsən Ruhaninin Kapitoli muzeyini ziyarǝti zamanı, onun islam dövlətini təmsil etdiyi nəzərə alaraq antik çılpaq heykəllər örtüblər.

Həmçinin Ruhani ilə İtaliya baş naziri Matteo Renzi arasında danışıqlar zamanı nümayəndə heyətlərinə şərab təklif olunmayıb. İran İslam Respublikasında alkoqol qadağandır.

Cənab Ruhani və Matteo Renzi İtaliya firmalarının İranla işgüzar müqavilələri imzalayandan sonra Romanı Kapitoli muzeyində çıxış edib.

Cənab Ruhani nüvə razılaşmasının ardından İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasından sonra Avropada iqtisadi əlaqələrin genişləndirilməsi üçün 5 günlük səfərdədir.

"İran bütün regionun ən təhlükəsiz və sabit ölkəsidir", İran prezidenti İtaliyanın biznes liderlərinə bildirib.

O, artımın ekstremizmə qarşı mübarizədə əsas olacağını vurğulayıb və "işsizlik terrorçular üçün əsgərlər yaradır" deyib.

Yanvarın 25-dǝ İran və İtaliya şirkətləri arasında azı 17 milyard dollar məbləğində müqavilə imzalanıb. İtaliya şirkətləri ilə əldə edilmiş razılaşma enerji və infrastruktur layihələrini əhatə edir.

Çərşənbə axşamı cənab Ruhani Roma Papası Francis ilə də görüşüb. Roma Papası İrandan başqa, digər Yaxın Şərq ölkələri birgə terrorizm və silah alverinə qarşı mübarizə aparmağa çağırıb, Vatikan bildirir.

İran Livanda Hizbullah kimi yaraqlı qrupları maliyyələşdirməkdə ittiham olunur.

Cənab Ruhani Roma Papasından onun üçün dua etməyi xahiş edib və ona əllə toxunmuş xalça hədiyyə verib.

İran prezidenti çərşənbə günü Parisə yollanır və burada daha çox razışlaşmaların imzalanacağı gözlənilir. İranın 100-dən çox Airbus təyyarəsini alması üçün razılaşmanı imzalayacağı deyilir.



Әlaqәli Xәbәrlәr