əfqanistanda qarşıdurma:19 ölü

Əfqanıstanın Qəznə şəhərində baş verən qarşıdurmada 19 nəfər həyatını itirib.

408772
əfqanistanda qarşıdurma:19 ölü

Əfqanıstanın Qəznə şəhərində “Taliban” üzvləri ilə təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 19 nəfər həyatını itirib.

Qəznə Valiliyi bildirib ki bir qrup “Taliban” döyüşçü şəhərin Qarabağ qəsəbəsinə hücum planlaşdirib ancaq qəsəbəyə çatmadan əvvəl Əfqaninsan qüvvələri tərəfindən onların qarşısı alınıb.

Açıqlamada bölgədə axşam saatlarında “Taliban” üzvləri ilə Əfqan qüvvələri arasında baş verən qarşıdurma səhərə qədər davam etdiyi də qeyd edilib.

Əfqanistan hüquq mühafizə qüvvələri qarşıdurmadan sonra Talibana aid ağır və yüngül silahlar ilə iki avtomobil və üç motosikleti də ələ keçirilib..


Etiketlәr:

Әlaqәli Xәbәrlәr