ABŞ Suriya və İraqa xüsusi dəstələr göndərəcək

ABŞ müdafiə naziri Eşton Karter Suriya və İraqa xüsusi dəstələr göndərəcəklərini açıqlayıb.

397491
ABŞ Suriya və İraqa xüsusi dəstələr göndərəcək

Eşton Karter xüsusi dəstələrin zaman ǝrzindǝ basqın, girovları azad etmə və DEAŞ liderlərini yaxalamaq kimi əməliyyatlar həyata keçirǝcǝyini bidirib.
ABŞ hakimiyyəti DEAŞ ilə mübarizə çərçivəsində ötən ay Suriyanın şimalına xüsusi əməliyyat qüvvəsi göndərəcəklərini açıqlayıb, təqribən 50 nəfərdən ibarət olan bu qrupun DEAŞ ilə mübarizə və yardım xidməti göstərəcəyini bildirmişdir.
Bu arada, ABŞ hakimiyyətində DEAŞ ilə bağlı strategiyaya dəstək verən qanun layihəsi məclisdə 58-ə qarşı 364 səslə qəbul edilib.
Məxfi hazırlanan qanun layihəsi kəşfiyyat qurumlarına verilən büdcənin 7 faiz artırılmasına səlahiyyət verir.
Qanundakı maddələr ABŞ başçsının mǝxfilik və vətəndaşlıq haqqları ilə bağlı heyətin, mǝxfi mərkəzi kəşfiyyat idarəsinin (CİA) əməliyyatları haqqında məlumat əldə edilməsini də məhdudlaşdırır.
Layihə eyni zamanda Suriya və İraqda daxil olan yaxud bu ölkələrdən çıxan xarici döyüşçülərin sayı haqqında konqresə nizamlı hesabatlar təqdim edilməsini nǝzǝrdǝ tutub.
Haqqında danışılan qanun layihəsi Rusiyanın 2000-ci ildən indiyədək “dövlət idarəsi şəklində olaraq siyasi sui-qəsdlərdən istifadə etməsi”nə dair bir qiymətləndirmə və beynəlxalq kəşfiyyatın, kiber hücumların verdiyi ziyanın ölçülməsi ilə bağlı araşdırma aparılmasını nəzərdə tutur.
Layihənin, senatda qəbul olunması gözlənilən digər bir layihə ilə uyğunlaşdırılacaq. Daha sonra Barak Obamanın imzalaması üçün senatdan keçəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr