Rusiyanın Ankara sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb

"YuqAgro" aqrar-sənaye sərgisində iştirak etmək üçün Türkiyǝdǝn Rusiyanın Krasnodar şǝhǝrinǝ gedǝn 30-dan artıq Türk iş adamı saxlanılıb.

355576
Rusiyanın Ankara sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb

Rusiyanın Ankara sǝfiri Andrey Karlo Türkiyǝnin Moskva Sǝfirliyinǝ edilǝn hücuma görǝ Xarici İşlǝr Nazirliyinǝ çağırılıb.
Xarici İşlǝr Nazirliyinin açıqlamasında son günlǝrdǝ Rusiyadakı nümayǝndǝliklǝrimizin vǝ bu ölkǝdǝki Türk şirkǝtlǝrinin etiraz nümayişlǝri pǝrdǝsi dalında fiziki hücumlara mǝruz qaldığı bildirilib.
Açıqlamada qeyd edilib ki, Rusiyadakı bütün missiyalarımızla ǝlaqǝ saxlanılaraq ǝlavǝ tǝhlükǝsizlik tǝdbirlǝrinin tǝcili olaraq görülmǝsi tǝlǝb edilmişdir.
Digǝr tǝrǝfdǝn Rusiya da xüsusi sǝbǝblǝrǝ görǝ Türkiyǝdǝ olan vǝtǝndaşlarına ölkǝyǝ qayıtmalarını tövsiyǝ edib.
Bu arada "YuqAgro" aqrar-sənaye sərgisində iştirak etmək üçün Türkiyǝdǝn Rusiyanın Krasnodar şǝhǝrinǝ gedǝn 30-dan artıq Türk iş adamı saxlanılıb.
Bir gün nəzarətdə saxlanıldıqdan sonra iş adamlarından bir qrupu məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onlar barəsində 10 gün Soçidə qanunsuz miqrantların toplanma məntəqəsində saxlanılmasına və daha sonra ölkədən çıxarılmasına dair qərar verib.

Heyǝtin lahiyǝ direktoru Yusif Zǝki Kırdar TRT Xǝbǝrǝ verdiyi açıqlamada daha ǝvvǝl dǝ Rusiyaya 4 dǝfǝ gǝldiyini, ilk dǝfǝ belǝ bir hǝrǝkǝtǝ mǝruz qaldığını söylǝyib.
Məlumata görə, saxlanılan şəxslər sərgidə Türkiyə şirkətlərinin məhsullarını təqdim ediblər və biznes tərəfdaşları ilə ünsiyyət qurublar.
Bu arada Türkiyǝnin Moskva Sǝfirliyi sosial şǝbǝkǝ sǝhifǝsindǝ Rusiyadakı Türkiyǝ vǝtǝndaşlarına müraciǝt edǝrǝk bildirib ki, pasport vǝ digǝr sǝnǝdlǝrini yanlarında daşısınlar, viza vǝ icazǝ sǝnǝdlǝrini yoxlasınlar.




Etiketlәr:

Әlaqәli Xәbәrlәr