Rusiya Türkiyəyə hər hansı bir sanksiya tətbiq etməyəcək

Kreml Türkiyəyə sanksiyaların tətbiq olunmasının gündəmdə olmadığını bildirib.

393220
Rusiya Türkiyəyə hər hansı bir sanksiya tətbiq etməyəcək

Kreml Türkiyəyə sanksiyaların tətbiq olunmasının gündəmdə olmadığını bildirib.
Rusiyanın “Ria-Novosti” xəbər agentliyində verilən açıqlamada Türkiyədən ərzaq idxalının davam edəcəyi vurğulanıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov, Türkiyədən idxal edilən məhsullara hər hansı embarqo qoyulmasını düşünmədiklərini, baş verən son hadisələr ilə bağlı Türkiyədən açıqlama gözlədiklərini bildirib.
Peskov “Lakin Türkiyədən idxal edilən məhsullara tətbiq olunan yoxlamalar gücləndiriləcək” deyə bildirib.
Dmitriy Peskov yoxlamaların artırılması ilə bağlı suala isə, bunun bir çox fərqli səbəblərinin olduğunu söyləyib.
Dövlət başçısı Rəcəp Tayyib Ərdoğanın dekabr ayında Rusiyaya gözlənilən səfərinin təxirə salınmadığını deyən Peskov, “Bu mövzuda, dǝqiq bir nəticə əldə olunmayıb. Lakin hazırki mərhələdə hər hansı bir ləğv qərarı yoxdur.” deyə bildirib.
Rusiyanın Türkiyə ilə ikitərəfli əlaqələrə böyük önəm verdiyini vurğulayan Peskov, “Hər iki tərəfin mənfəəti ilə olan dostluğumuz bizlər üçün qiymətlidir” deyə qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr