ABŞ Suriyanı DEAŞ-dan neft almaqda günahlandırıb

İddia olunur ki, Suriya Hasvani adlı suriyalı bir iş adamı vasitəsilə DEAŞ-dan neft alır.

422504
ABŞ Suriyanı DEAŞ-dan neft almaqda günahlandırıb

ABŞ Suriyanı terror təşkilatı DEAŞ-dan neft almaqda günahlandırıb.
İddia olunur ki, Suriya Hasvani adlı suriyalı bir iş adamı vasitəsilə DEAŞ-dan neft alır.
Hasvaninin şirkəti DEAŞ-ın nəzarətində olan neft ərazilərində yerləşir.
Amerika Xəzinə Nazirliyi suriyalı iş adamı və şirkətindən başqa, 3 nəfər və 6 şirkəti Əsəd rejimini dəstəklədiklərinə görə siyahıya alıb.
Siyahıda bir Rusiya bankı və Belize və Cǝnubi Kıbrıs Rum tǝrǝfinǝ aid olan 2 şirkət də var.
Amerika Xəzinə Nazirliyi amerikalıların siyahıda olan şəxslər və şirkətlərlə iş görməsinə qadağa qoyur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr