Rusiya prezidenti Vladimir Putin İranda bir sıra görüşlər keçiri

8 illik fasilədən sonra Tehrana gedən Rusiya prezidenti İranın dini lideri Ayətullah Seyid Əli Xamənei ilə görüşüb.

421407
Rusiya prezidenti Vladimir Putin İranda bir sıra görüşlər keçiri

Ayətullah Seyid Əli Xaməneinin ofisindən verilən açıqlamada, ABŞ-ın Suriya və bölgə üzərində hakimiyyət qurmaq istədiyi iddia edilib.
Daha sonra Putin ölkə prezidenti Həsən Ruhani ilə görüşüb.
İki ölkə arasında tibb, bankçılıq, səyahət, nəqliyyat və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərdə ən vacib məsələ Suriyadakı vəziyyət və DEAŞ-la mübarizə olub.
İran dövlət başçısı Həsən Ruhani isə bölgədəki terrorist qruplarla mübarizə üçün Rusiya ilə əməkdaşlığın artırılacağını bildirib.
Putin, Suriyanın gələcəyinə, Suriya xalqının qərar verməsinin lazım olduğunu bir daha vurğulayıb.
“Heç kimin öz fikirlərini bu ölkənin xalqına təlqin etmək haqqı yoxdur. Demokratiya istəyən şəxslər Suriyadakı seçkilərə əks təsir göstərə bilməz" deyə Putun bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr