Müvəqqəti hökumət və seçki təqvimilə bağlı razılıq əldə edildi

Suriya Konfransında müvəqqəti hökumət və seçki təqvimilə bağlı razılıq əldə edildi.

366078
Müvəqqəti hökumət və seçki təqvimilə bağlı razılıq əldə edildi

Aralarında Amerika Birləşmiş Ştatları, Rusiya, Səudiyyə Ərəbistanı, İran və Türkiyənin də olduğu 17 ölkənin Xarici İşlər nazirləri Suriyada təxminən 5 ildir davam edən vətəndaş müharibəsini həll etmək üçün Vyanada ikinci dəfə bir araya gəliblər.

  6 saat davam edən Toplantıda Amerika Birləşmiş Ştatları Dövlət katibi Keri, Rusiya Xarici İşlər naziri Lavrov və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi De Mistura da çıxış ediblər.

  Suriyada təcili atəşkəs təmin edilməsi üçün görüş birliyinə varıldığını bildirən Con Keri bu atəşkəsin DEAŞ və NUSRA cəbhələrini əhatə etməyəcəyini deyib.

  Varılan qarşılıqlı razılaşmaya görə, Suriya müxalifətinə nümayəndələrin təyini və Əsəd rəhbərliyiylə müvəqqəti hökumət məsələləri həyata keçiriləcək.

  Atəşkəs Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında olacaq.

  Suriyada müvəqqəti hökumətin 6 ay içində yaradılması, yeni konstitusiya qəbul edilməsi və ölkənin 18 ay içində seçkiyə aparılması nəzərdə tutulur.

  Bəşər Əsədin seçkilərdə namizəd olub-olmayacağı fikri isə açıqlanmayıb.

  Vyanada 17 ölkə ilə Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqası nümayəndələrinin iştirak etdiyi Suriya danışıqları haqqında qərarlar "Ortaq mətn" adı altında toplanıb.
Danışıqlara qatılan ölkələr, yəni Beynəlxalq Suriya Dəstək Qrupu Suriya xalqının məruz qaldığı şiddət, fiziki güc, dağıntı, sabitsizlik və terror hücumlarıyla bağlı eyni fikirdə olduqlarını bəyan ediblər.

  Toplantıda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə Suriyada BMT dəstəkli atəşkəs müşahidə missiyası verildiyi və Cenevrə Bəyannaməsinə uyğun olaraq siyasi keçid prosesinin dəstəklənməsi və bu baxımdan Suriyada atəşkəsin tətbiq oluna bilməsi üçün bütün addımların atılacağı qərara alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr